Dünya

Ukrayna Ordusu Moskva vilayətinə 390-dan çox PUA ilə hücum edib

28 İyul 2026, 16:1311
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Ordusu iyulun 27-si axşamdan iyulun 28-i səhər saatlarınadək Moskva vilayətinə və paytaxta 390-dan çox dronla hücum həyata keçirib.

Zefer.media xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, 81 pilotsuz uçuş aparatı (PUA) Moskva yaxınlığında məhv edilib.

Hücum nəticəsində Moskva yaxınlığında olan Çexov şəhərindəki Hidromexaniki Avadanlıq Zavodu zərbələrə məruz qalıb, həmçinin çoxmərtəbəli binaya ziyan dəyib. Eyni zamanda sosial şəbəkələrdə “Wildberries” şirkətinin anbarının yandığını əks etdirən kadrlar da yayılıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600