Siyasət

Ukrayna İranın ittihamlarına cavab verib

27 İyul 2026, 17:204
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Tehran 2022-ci ildən Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin birbaşa iştirakçısıdır və Moskvanı ukraynalılara qarşı istifadə olunan silahlarla dəstəkləyir”.

Zefer.media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İranın ittiham və təhdidlərini əsassız adlandıraraq bildirib.

Sibiqa “X” hesabında yazıb ki, İranın özünü qurban kimi təqdim etməyə və BMT Nizamnaməsinə istinad edərək təhdidlərini əsaslandırmağa heç bir əsası yoxdur.

O əlavə edib ki, Tehran bu bəyanatla diqqəti Rusiyanın Qara dənizdə mülki gəmiçiliyə qarşı hücumlarından yayındırmağa çalışır. Ukraynalı nazir bildirib ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının bugünkü təcili iclasında müzakirə olunacaq və beynəlxalq ictimaiyyətdən sərt reaksiya gözlənilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600