Ukrayna Müdafiə Qüvvələri arxa və Rusiyanın ələ keçirdiyi ərazilərdəki rus hədəflərinə qarşı bir sıra dəqiq zərbələr endirib.
Zefer.media xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna bölmələri bir sıra yüksək dəyərli düşmən hədəflərinə uğurla zərbələr endirdi. Xüsusilə, Rostov-na-Donu şəhərindəki ixrac terminalına zərbə endirildi və nəticədə obyektdə yanğın baş verib.
Bundan əlavə, Jelezniy limanı yaxınlığında (Xerson vilayəti) Geran/Gerbera dronlarını idarə etmək üçün yerüstü təkrarlayıcı məhv edilib. Bu cihaz ruslara hücum dronlarının mənzilini və keyfiyyətini artırmağa imkan yaradıb.
Zərintac Mayisqızı

















