Dünya

Xameneyi: “Hizbullahı dəstəkləmək bizim strateji siyasətimizdir”

27 İyul 2026, 12:191
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran mediası ali rəhbər Müctəba Xameneyinin Livan Hizbullahının baş katibi Nəim Qasımın məktubuna cavab olaraq yazdığı məktubu dərc edib.

Zefer.media xəbər verir ki, məktubda bildirilir:

“Mərhum ali lider Əli Xameneyinin siyasətinə uyğun olaraq İran Hizbullahın müdafiəsini özünün strateji siyasəti hesab edir. Livanın ərazi bütövlüyünün qorunması və İsrailin hücumlarının tam və qeyd-şərtsiz dayandırılması ABŞ ilə müharibəyə son qoyacaq hər hansı razılaşmanın ilk şərtidir”.

Məktubda Nəim Qasımın müraciəti “İslamın inkişafı naminə sabitlik, dözümlülük, Qurana inam və Ruhullah Xomeyni ilə Həsən Nəsrullahın ideallarına sadiqlik nümunəsi” kimi dəyərləndirilir.

Mesajda ifadə olunur ki, dünya xalqları ABŞ və İsrailin siyasətindən bezib və “cihad və müqavimətdən başqa yol qalmayıb”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600