Dünya

“İran xalqı ABŞ ilə danışıqlara nifrət edir”

24 İyul 2026, 18:158
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Sari şəhərinin cümə imamı Məhəmmədbaqir Məhəmmədi Layini ABŞ ilə danışıqların əleyhinə çıxış edib.

Zefer.media xəbər verir ki, o, cümə namazı xütbəsində ABŞ-nin siyasətində dəyişiklik baş verməyənə qədər Vaşinqtonla danışıqlar üçün heç bir əsas olmadığını söyləyib.

“İranın siyasi və diplomatik rəsmiləri Amerika ilə hörmət ruhu ilə davranmalıdırlar. Bu ölkənin davranışında dəyişiklik olana qədər danışıqlar üçün heç bir səbəb yoxdur. İran xalqı da Amerika ilə danışıqlara qarşı nifrət və inamsızlıq hiss edir”, – deyə o bildirib.

Hökumət mollası əlavə edib ki, Qərb mədəniyyəti dini dəyərlərlə uyğun gəlmir və düşmənlərin əsas hədəfi müstəqil İran, İslam Respublikası və İslam dinidir. O, ABŞ və İsraili dəstəkləyən ölkələrin “yanlış cəbhədə”, məzlumları dəstəkləyən dövlət və xalqların isə “haqq cəbhəsində” yer aldığını iddia edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600