Dünya

Əraqçı: “İraqın baş nazirinin səfəri vasitəçilik məqsədi daşımır”

23 İyul 2026, 18:081
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İraqın baç naziri Əli əl-Zeydinin Vaşinqtona səfərindən sonra Tehrana etdiyi səfər İran və ABŞ arasında vasitəçilik məqsədi daşımır.

Zefer.media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.

Əraqçının sözlərinə görə, İraqın baş naziri ABŞ-də keçirdiyi görüşlərlə bağlı fikir və təəssüratlarını İran rəsmilərinə çatdıracaq, ancaq bu, Tehran və Vaşinqton arasında vasitəçilik anlamına gəlmir.

Nazir vurğulayıb ki, İranın ABŞ ilə bağlı problemi vasitəçinin olmaması deyil.

“İslam Respublikasının problemi Amerikanın irrasional, həddindən artıq və hegemon yanaşmasıdır. Vaşinqton öz siyasətini yenidən nəzərdən keçirməlidir”, – deyə Əraqçı ifadə edib.

O əlavə edib ki, İraq Baş naziri ilə keçiriləcək danışıqlarda Tehran–Bağdad razılaşmasının icrası, Ərbəin mərasimləri ilə bağlı koordinasiya məsələləri, eləcə də sərhədlərdə mövcud təhlükəsizlik narahatlıqları müzakirə olunacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600