Dünya

SEPAH Küveytdə ABŞ bazalarına zərbələr endirib

23 İyul 2026, 13:372
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb.

Zefer.media SEPAH-ın yaydığı bəyanata istinadən xəbər verir ki, Əli Əl-Salem aviabazasına həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumlarında ABŞ-nin hərbi texnika anbarı, Patriot hava hücumundan müdafiə sistemi və MQ-9 tipli dronların saxlanıldığı anqar hədəfə alınıb.

Bəyanatda Əli-Adiri Hava Bazasındakı ABŞ hərbi obyektinə və iki helikopter anqarına da zərbələr endirildiyi iddia olunur.

SEPAH hücumlar nəticəsində bir neçə ABŞ hərbçisinin öldüyünü və yaralandığını, helikopterlərə, pilotsuz uçuş aparatlarına və digər hərbi infrastruktura ciddi ziyan dəydiyini irəli sürüb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600