Xarici xəbərlər

ABŞ Yaxın Şərqdə hərbi hazırlığı artırır – Trampın yeni əməliyyat planı gündəmdə

23 İyul 2026, 11:451
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artıraraq bölgəyə əlavə qoşun və silah göndərir.

Zefer.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, son bir həftədə ABŞ-dəki hərbi bazalardan Yaxın Şərqə xüsusi əməliyyat qüvvələri yerləşdirilib. Eyni zamanda, Yaxın Şərqdə yaralanan ABŞ hərbçilərinin əsas müalicə mərkəzi olan Almaniyanın Landstuhl Tibb Mərkəzinə 150-dən çox tibb işçisi göndərilib.

Mənbələrin bildirdiyinə əsasən, regiondakı aviabazalara əlavə qırıcı eskadrilyalar yerləşdirilib, ABŞ və Böyük Britaniyadakı bazalarda olan strateji bombardmançı təyyarələr isə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qəzet qeyd edir ki, bu addımlar ABŞ prezidenti Donald Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatları genişləndirmək variantını nəzərdən keçirdiyinə işarə edir.

Yeni məlumatlara görə bu gün səhər saatlarında ABŞ ordusunun İranın Şələmçə şəhərinə raket zərbələri endirdiyi bildirilir.

Şələmçə İran və İraq arasında əsas tranzit keçidlərindən biri hesab olunur. Məlumatlarda qeyd olunur ki, bu marşrutun sıradan çıxarılması İraqda və ondan kənarda fəaliyyət göstərən İranla əlaqəli qruplara şəxsi heyət və təchizat daşınmasını çətinləşdirə bilər.

Sosial şəbəkələrdə və yerli mənbələrdə yayılan görüntülərdə hücumun nəticələri əks olunur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600