Xarici xəbərlər

Paşinyan Ermənistanı şüşəyə çırpılan quşa bənzədib

22 İyul 2026, 15:075
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın Baş naziri Nikol Paşinyan “Telegram” kanalında binadan uçub çıxmağa çalışan, lakin qarşısındakı maneəni görmədiyi üçün pəncərə şüşəsinə çırpılan quşun görüntüsünü yayımlayıb.

Zefer.media xəbər verir ki, o, paylaşımında Ermənistanı həmin quşa bənzədib.

“Bu quş içəri uçub və artıq yeddi-səkkiz saatdır belə uçur, şüşəyə çırpılır, qarşısında açıq məkan gördüyü üçün bayıra çıxmağa çalışır”, – Paşinyan yazıb.

Ermənistanın Baş naziri hesab edir ki, quş eyni hərəkətləri təkrarlamağa davam etsə, azadlığa çıxa bilməyəcək. Onun sözlərinə görə, quş istiqamətini dəyişməli və başqa çıxış yolu tapmalıdır.

Paşinyan belə nümunə ilə Ermənistanın da vərdiş etdiyi yanaşmaları yenidən nəzərdən keçirməli və məqsədlərinə çatmaq üçün yeni yollar axtarmalı olduğunu göstərib.

“Tariximiz haqqında bilməli olduğumuz budur”, – Nazir yekunlaşdırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600