Xarici xəbərlər

“Bloomberg”: Britaniya ABŞ-yə İrana zərbələr üçün bazalarından istifadə üçün icazə verib

22 İyul 2026, 14:101
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Britaniyanın yeni baş naziri Endi Bernhem ABŞ qüvvələrinin İrana qarşı əməliyyatlar zamanı Britaniyaya məxsus hərbi bazalardan istifadəsini təsdiqləyib. Bununla da o, bu məsələdə sələfi Kir Starmerin siyasətini davam etdirib.

Zefer.media xəbər verir ki, buna dair “Bloomberg” agentliyi bildirib.

Məlumata əsasən, ABŞ İranın raket təhdidinə qarşı həyata keçirdiyi əməliyyatlar və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Hind okeanındakı Dieqo Qarsiya hərbi bazasından və İngiltərədə yerləşən RAF Fairford aviabazasından istifadə etməyə davam edə biləcək.

Agentliyin yazdığına görə, bazar ertəsi vəzifəsinin icrasına başlayan Bernhem bu qərarla bağlı məlumatlandırılıb və onu dəstəkləyib. Mənbələrin sözlərinə görə, bu addım Britaniya hərbi bazalarının ABŞ-nin İrana qarşı davam edən əməliyyatlarında istifadə olunmasına imkan yaradır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600