Dünya

Tramp bu həftə 60 ölkəyə qarşı yeni tariflər hazırlayır

21 İyul 2026, 18:144
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp bu həftə 60 ölkəyə yeni tariflər tətbiq etməyə hazırlaşır. Bu arada, rəsmilər ara seçkilərdən əvvəl onu potensial “iqtisadi şoklar” barədə xəbərdar edirlər.

Zefer.media xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, mövcud 10%-lik tariflərin müddəti bu həftənin sonunda başa çatdığı üçün rəsmilər artıq həll yolları hazırlayıblar. Yeni paket 60 ölkə üçün 10%-dən 12,5%-ə qədər dərəcələri nəzərdə tutur.

Pərdəarxası rəsmilər Trampı həmin addımla bağlı xəbərdar edirlər. Onlar ara seçkilərdən əvvəl iqtisadi şoklardan qaçınmaq üçün tərəfdaşlarla münasibətlərdə sabitliyi qorumağı və mövcud müqavilələrə əməl etməyi məsləhət görürlər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600