Bu gün Qətər hökuməti İranı ölkə ərazisinə edilən hücumlara görə cavabdeh hesab etdiyini və dəyən ziyanın ödənilməsi üçün kompensasiya tələb etdiyini açıqlayıb.
Zefer.media xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib:
“İranın iyulun 7-də Hörmüz boğazı yaxınlığında Qətər neft tankerini hədəfə alıb, daha sonra isə ölkə ərazisinə yenidən raket zərbələri endirib”.
Nazirliyin məlumatına görə, raketlərin havada zərərsizləşdirilməsi zamanı qəlpələrin yaşayış məntəqəsinə düşməsi nəticəsində, bir uşaq da daxil olmaqla üç nəfər yaralanıb.
Qətər adıçəkilən hadisələrə görə İranı məsuliyyət daşıyan tərəf hesab etdiyini vurğulayaraq, dəyən zərərin ödənilməsi üçün rəsmi şəkildə kompensasiya tələb etdiyini söyləyib.
Zərintac Mayisqızı

















