Dünya

İranlı hərbi mənbə: “Hörmüz boğazı bağlı qalacaq”

21 İyul 2026, 16:111
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ-nin hərbi əməliyyatları davam etdiyi müddətdə Hörmüz boğazındakı mövcud vəziyyət dəyişməyəcək və gəmilərin bu strateji keçiddən keçməsinə icazə verilməyəcək.

Zefer.media xəbər verir ki, buna dair iranlı hərbi mənbə “Fars News”a bildirib.

Mənbənin sözlərinə görə, İran Silahlı Qüvvələri Hörmüz boğazına tam nəzarət edir və boğazın açılması və ya məhdudiyyətlərin davam etdirilməsi ilə bağlı qərarlar yalnız təhlükəsizlik mülahizələri və milli maraqlar əsasında qəbul ediləcək.

Açıqlamada, habelə, qeyd olunub ki, ABŞ-nin təhdidləri və hərbi fəaliyyətləri davam etdiyi müddətdə bu siyasətdə dəyişiklik nəzərdə tutulmur.

İranlı mənbə əlavə edib ki, gəmiçiliyin təhlükəsizliyinin pozulması və bunun nəticələrinə görə məsuliyyət regionda hərbi gərginliyi artıran tərəflərin üzərinə düşür.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600