Dünya

İranın bir neçə şəhərinə zərbə endirilib

21 İyul 2026, 13:291
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün səhər saatlarında Şiraz şəhərində bir obyekt hava hücumuna məruz qalıb. SEPAH-a bağlı Tasnim xəbər agentliyi hücumun baş verdiyini təsdiqləyib.

Zefer.media xəbər verir ki, eyni zamanda, İranın mərkəzində yerləşən Mərkəzi əyalətinin Xomeyn şəhərində bir sənaye müəssisəsinin də hədəfə alındığı bildirilib. Məlumata görə, hücum yerli vaxtla saat 19:00 radələrində şəhər kənarında yerləşən sənaye obyektinə edilib.

Bundan əlavə, Mehr News Fars körfəzi sahilində yerləşən Sirik yaşayış məntəqəsi yaxınlığında bir neçə partlayış səsinin eşidildiyini xəbər verib. Yerli mənbələr Bəndər Abbas ətrafında da partlayış səslərinin eşidildiyini deyirlər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600