Bu gün Britaniya Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) BƏƏ-nin Dibba şəhərindən təxminən 17 dəniz mili şərqdə baş verən dəniz insidenti barədə məlumat bildirib.
Zefer.media xəbər verir ki, gəmi naməlum mərmi ilə vurulub və nəticədə onun sükan mexanizminə ziyan dəyib.
UKMTO qeyd edib ki, hadisə zamanı gəmi heyəti xəsarət almayıb və bütün ekipaj üzvləri təhlükəsiz vəziyyətdədir.
Bu arada İslam İnqilabnın Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda Hörmüz boğazından keçməyə çalışan iki neft tankerini saxladığını deyib.
SEPAH-ın açıqlamasına görə, tankerlər boğazın cənub marşrutu ilə hərəkət edərkən baş verən partlayışlar nəticəsində göyərtələrində genişmiqyaslı yanğın yaranıb və bundan sonra onlar saxlanılıb.
Bəyanatda iddia olunub ki, ABŞ-nin bölgədəki hərbi əməliyyatları davam etdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq.
Bu arada, Britaniyanın Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) da həmin gün Hörmüz boğazında başqa bir neft tankerinin naməlum mərmi ilə vurulduğunu açıqlayıb. Məlumata görə, insidentdən sonra ekipaj gəmini tərk edərək xilasetmə qayığına sığınıb.
Zərintac Mayisqızı















