Dünya

SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: “Bu məlumatlar açıqlanmamalı idi”

21 İyul 2026, 13:011
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli “Cavan” qəzeti xarici işlər naziri Abbas Əraqçının son müsahibəsini tənqid edib.

Zefer.media xəbər verir ki, nəşrin yazdığına görə ölkənin ali lideri Müctəba Xameneyinin mümkün hədəfə alınması ilə əlaqədar ssenarilər, həmin günün təfərrüatları və xarici işlər nazirinin Xameneyi ilə əlaqə saxlamadığı barədə məlumatlar ictimai şəkildə və rahat tərzdə açıqlanmamalı idi.

Nəşr əlavə edib: “Gələcək müsahibələrdə qalan tunellərin və hərbi bazaların ünvanlarını özünüzdə saxlayın və mühüm hadisələrin təfərrüatlarını təsvir edərkən daha təmkinli olun”.

“Cavan” qəzeti vurğulayıb ki, milli təhlükəsizliyin, ictimai etimadın və xalqın maraqlarının qorunması medianın diqqəti və ya ictimai maraq naminə ikinci plana keçirilməməlidir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600