Dünya

Rubio: “İranın boğazlara nəzarəti qəbuledilməzdir”

20 İyul 2026, 15:3819
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Beynəlxalq ictimaiyyət İranın boğazlara nəzarəti ələ keçirərək bundan təzyiq vasitəsi kimi istifadə etməsinə imkan verib-verməyəcəyinə qərar verməlidir.

Zefer.media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubionun sözlərinə görə, İranın və ya ölkə daxilindəki müəyyən qüvvələrin beynəlxalq dəniz yollarına nəzarət etmək cəhdləri qanunsuz və qəbuledilməzdir.

O qeyd edib ki, ABŞ qlobal gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görməyə davam edəcək. Dövlət katibi əlavə edib ki, digər ölkələr də bu istiqamətdə daha fəal rol oynamalı, istər hərbi imkanlar, istərsə də maliyyə dəstəyi ilə məsuliyyəti bölüşməlidirlər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600