Dünya

“ABŞ İrana qarşı daha geniş müharibəyə hazırlaşır” 

20 İyul 2026, 15:111
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ və İran arasında qarşılıqlı hücumların davam etməsi və Amerika qüvvələrinin itkilərinin artması fonunda Vaşinqton daha genişmiqyaslı hərbi əməliyyat variantlarını nəzərdən keçirir.

Zefer.media xəbər verir ki, bu haqda “The Washington Post” nəşri yazıb.

Qəzetin ABŞ hökumətindəki anonim mənbəyə istinadən verdiyi məlumata görə, Pentaqon Yaxın Şərqdə yerləşdirilən hərbi təyyarələrin sayını artırır. Bununla yanaşı, hava hücumundan müdafiə vasitələri və uzaqmənzilli sursat ehtiyatlarının azalmasının əməliyyatların miqyasını məhdudlaşdıra biləcəyi deyilir.

Hesabatda qeyd olunur ki, son bir həftə ərzində döyüşlərdə azı üç, ehtimal ki, dörd ABŞ hərbçisi həlak olub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600