Dünya

İraqın baş naziri İrana səfər edəcək

20 İyul 2026, 11:471
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İraqın baş naziri Əli əl-Zeydinin bu həftə sonu İranın paytaxtı Tehrana səfər edəcəyi bildirilir.

Zefer.media xəbər verir ki, səfər Bağdadın bölgədə artan gərginliyi azaltmağa yönəlmiş diplomatik təşəbbüslərinin tərkib hissəsidir.

Mənbələrin sözlərinə görə, əl-Zeydi Tehranda İran və ABŞ arasında davam edən hərbi gərginliyin azaldılması, eləcə də iki ölkə arasında dialoq kanallarının açılması ilə bağlı İraqın təşəbbüsünü təqdim edəcək.

Bildirilir ki, İraqın baş naziri bu təşəbbüsü ötən həftə Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşü zamanı da müzakirə edib və ABŞ tərəfi bunu böhranın dərinləşməsinin qarşısını ala biləcək addım kimi dəyərləndirib.

Mənbələrin iddiasına görə, əl-Zeydi Tehrandakı görüşlərdə yaxın vaxtlarda Bağdadda İran və ABŞ rəsmilərinin birbaşa görüşünün keçirilməsi təklifini də gündəmə gətirəcək.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600