Dünya

Hörmüz boğazında gəmi axını rekord həddə azalıb

17 İyul 2026, 18:021
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün “Marine Traffic”in açıqladığı dəniz izləmə məlumatlarına görə, Hörmüz boğazından keçən gəmilərin sayı son üç həftənin ən aşağı səviyyəsinə düşüb.

Zefer.media xəbər verir ki, son sutka ərzində boğazdan cəmi 8 gəmi keçib. Bu göstərici əvvəlki gün qeydə alınan 15 gəmi ilə müqayisədə əhəmiyyətli azalma deməkdir.

Keçid edən gəmilərdən 7-si İran istiqamətindən hərəkət edib, Oman istiqamətindən isə heç bir gəmi boğazdan keçməyib. Həmçinin həmin gün “kölgə donanması”na aid heç bir gəmi hərəkəti qeydə alınmayıb.

Bildirilir ki, boğazdan keçən gəmilərin yarısı kommersiya, yarısı isə qeyri-kommersiya təyinatlı olub. Onlardan 4-ü İran bayrağı altında üzüb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600