Dünya

Vilayəti İraqın baş nazirini ABŞ səfərinə görə tənqid etdi

17 İyul 2026, 17:272
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İraqın baş naziri Əli əl-Zeydinin ABŞ-yə son səfərini sərt tənqid edib.

Zefer.media xəbər verir ki, Vilayəti səfəri “İraqın maraqlarına və tarixi irsinə zərər verən faciəli, yersiz və dağıdıcı addım” adlandıraraq, gənc və təcrübəsiz baş nazirin addımlarının İraq xalqının ləyaqətinə görünməmiş zərbə vurduğunu deyib.

O bildirib ki, Vaşinqtona səfərin İranın mərhum ali rəhbəri Əli Xameneyinin dəfn mərasimindən dərhal sonra baş tutması müsəlman dünyasında ciddi narazılıq doğurub. Vilayəti çıxışında ABŞ-ni və prezident Donald Trampı da kəskin ifadələrlə tənqid edərək, nazirin belə bir vaxtda Vaşinqtona səfər etməsini qəbuledilməz sayıb.

İran rəsmisi, habelə, iddia edib ki, Əli əl-Zeydi səfərdən əvvəl İraqın dini və siyasi rəhbərləri ilə məsləhətləşməyib və onun bu addımının məqsədlərinin aydın olmadığını deyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600