Dünya

Britaniya SEPAH-ı rəsmi şəkildə qadağan olunmuş qrup elan etdi

17 İyul 2026, 17:201
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Britaniya İran İslam İnqilabının Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq ölkənin milli təhlükəsizliyinə təhdid kimi tanıyaraq onu “Milli Təhlükəsizlik (Dövlət Təhdidləri) Qanunu 2026” çərçivəsində qadağan olunmuş qruplar siyahısına daxil edib.

Zefer.media xəbər verir ki, Britaniya parlamenti tərəfindən qəbul edilən yeni qanuna əsasən, SEPAH-a dəstək ifadə etmək cinayət sayılacaq. Bu əməllərə görə 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qanun SEPAH-a hər hansı formada yardım göstərməyi və ya bu qurumdan, o cümlədən maliyyə vəsaiti olmaqla, maddi fayda əldə etməyi də cinayət əməli kimi müəyyən edir və buna görə də eyni həddə cəza tətbiq oluna bilər.

Bundan əlavə, Britaniya hökuməti bildirib ki, SEPAH adından təxribat xarakterli fəaliyyət göstərən şəxslər 2023-cü il Milli Təhlükəsizlik Qanununun müddəalarına əsasən ömürlük həbs cəzası ilə üzləşə bilərlər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600