Bu gün “Mehr News” ABŞ ordusunun İranın cənubunda yerləşən Hörmüzqan əyalətinə endirdiyi zərbələrdən sonra strateji əhəmiyyət daşıyan Kehurestan körpüsünün dağıldığını əks etdirən görüntülər yayımlayıb.
Zefer.media xəbər verir ki, səhər saatlarında həyata keçirilən hücumlar nəticəsində əyalətin əsas nəqliyyat marşrutları üzərində yerləşən beş körpü zədələnib.
Kehurestan körpüsü Hörmüzqanı İranın mərkəzi bölgələri və Şiraz istiqaməti ilə birləşdirən əsas strateji nəqliyyat arteriyalarından biridir.
Hörmüzqan valiliyi vətəndaşlara sakitliyi qorumağa, sözügedən marşrutdan istifadə etməməyə və alternativ yollara üstünlük verməyə çağırıb.
Zərintac Mayisqızı




