Rusiya Ukrayna ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı ABŞ-dan gələcək real təklifləri rədd etməyəcək.
Zefer.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Məqsədlər müəyyənləşdirilib, tapşırıqlar verilib. Real təkliflər olarsa, bizdə heç kim onlardan imtina etmir. Həmçinin Rusiya Prezidenti Vladimir Putinin dediklərini xatırlayır və bilirik: “İşləyin, qardaşlar”.” – deyə Mariya Zaxarova ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukrayna ilə bağlı mövqeyini şərh edərkən bildirib.
Zərintac Mayisqızı




