Dünya

Bəndər Abbas qaranlığa qərq oldu

17 İyul 2026, 10:541
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən ABŞ qüvvələri İranın Bəndər Abbas şəhərinə raket zərbələri endirib.

Zefer.media xəbər verir ki, hücumlardan sonra güclü partlayışlar olub.

Şəhərin bəzi bölgələrində elektrik enerjisi kəsilib.

Habelə, ABŞ gecə saatlarında İranın cənubunda yerləşən bir sıra nəqliyyat və infrastruktur obyektlərinə zərbələr endirib.

Bildirilir ki, Bəndər Abbas ilə Lar şəhərlərini birləşdirən mühüm yol ötürücüsü vurulub. Hücum zamanı körpünün üzərində avtomobillərin olduğu, nəticədə azı 1 nəfərin həlak olduğu, bir neçə nəfərin isə yaralandığı iddia edilir.

Eyni zamanda Qariveh körpüsünün də hədəfə alındığı, burada da azı 1 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

Məlumatlara əsasən, Bəndər Abbasın qərbində yerləşən dəmiryolu stansiyası da zərbəyə məruz qalıb. Bu stansiya Şəhid Rəcai limanını sərnişin və yük daşımaları ilə birləşdirən əsas nəqliyyat qovşaqlarından biri sayılır. Hadisə nəticəsində 2 nəfərin yaralandığı qeyd edilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600