16 iyul günortadan sonra rus qoşunları növbəti dəfə Odessaya hücum edib, ölən və yaralananlar var.
Zefer.media xəbər verir ki, bu haqda Odessa OVA rəhbəri Oleq Kiper deyib.
Bildirilib ki, mülki infrastruktur obyektlərinə ziyan dəyib.
“İlkin məlumatlara görə, təəssüf ki, bir nəfər ölüb, daha üç nəfər yaralanıb. Mərhumun ailəsinə və dostlarına başsağlığı verirəm”, – Kiper qeyd edib.
Hücumun nəticələri yerində aradan qaldırılır. Qurbanlara bütün lazımi tibbi yardım göstərilir, deyə OVA rəhbəri saat 13:52-də əlavə edib.
Zərintac Mayisqızı




