Xarici xəbərlər

Netanyahu İranı xəbərdar etdi: Cavabımız daha sərt olacaq

14 İyul 2026, 18:075
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrailin Baş naziri Binyamin Netanyahu İranın yenidən İsrailə hücum edəcəyi təqdirdə, buna daha sərt cavab veriləcəyini bəyan edib.

Zefer.media Caliber – ə istinadən  xəbər verir ki, Netanyahu bu barədə çıxışında danışıb:

“Əgər bizə hücum etsəniz, susacağımızı düşünməyin. Hadisələrin təkrarlanacağını gözləməyin. Cavabımız tamamilə fərqli və daha güclü olacaq”, – deyə İsrail hökumətinin başçısı vurğulayıb.

Netanyahu, həmçinin İsrailin cənubundakı Neqev səhrasında yerləşən Dimona nüvə tədqiqat mərkəzinə səfər edəcəyini açıqlayıb. Bu səfərin təhlükəsizlik və müdafiə məsələləri baxımından simvolik əhəmiyyət daşıdığı qeyd olunur.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600