Ukrayna qüvvələri Rusiyanın müharibəyə xidmət edən şirkət və obyektlərinə uzaqmənzilli zərbələri davam etdirir.
Zefer.media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Başqırdıstanda cəbhə xəttindən təxminən 1300 km uzaqlıqda yerləşən neft emalı zavodu, Krasnodar diyarında isə Afipsk neft emalı zavodu vurulub.
Zelenski həmçinin Gelencikdə patrul gəmisinin və “kölgə donanması”na aid tankerin, eləcə də Azov dənizində daha üç tankerin hədəfə alındığını bildirib.
Zərintac Mayisqızı




