Dünya

Sorğu: “ABŞ-də əksəriyyət İranla müharibəyə qarşı çıxır”

14 İyul 2026, 15:371
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Reuters/Ipsos” tərəfindən keçirilən sorğuya əsasən, amerikalıların böyük əksəriyyəti ABŞ ilə İran arasında hərbi qarşıdurmanın uzun müddət davam edəcəyini düşünür.

Zefer.media xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 79 faizi ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının uzunmüddətli olacağını bildirib. Bu göstərici mart ayının sonunda qeydə alınmış 65 faiz səviyyəsi ilə müqayisədə artım göstərib. Respondentlərin yalnız 18 faizi münaqişənin bir neçə həftə ərzində başa çatacağını hesab edir.

Araşdırmaya əsasən, iştirakçıların 37 faizi ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəklədiyini, 58 faizi isə bu əməliyyatlara qarşı olduğunu bildirib.

Sorğu göstərib ki, respondentlərin 51 faizi ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının buna dəyər olmadığını düşünür. 24 faiz bunun əksini bildirib, 23 faiz isə bu məsələdə qəti mövqeyə malik olmadığını qeyd edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600