Dünya

Əhmədinejadın ofisi “Mossad”ın iddialarını təkzib edib

14 İyul 2026, 13:301
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın ofisi “The New York Times” qəzetində onun İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə əlaqədə olması və ev dustaqlığına salınması barədə yayılan xəbərləri təkzib edib.

Zefer.media xəbər verir ki, qəzetin iddiasına görə, Əhmədinejad Mossad ilə əlaqələrinə görə ev dustaqlığına alınıb. Nəşr, İsrail kəşfiyyatının uzun müddətdir keçmiş prezidentlə əlaqə saxladığını və onu Tehranda mümkün hakimiyyət dəyişikliyindən sonra keçid fiquru kimi nəzərdən keçirdiyini yazıb.

Qeyd olunub ki, Əhmədinejad iyulun 6-da İranın mərhum ali rəhbəri Əli Xameneyinin dəfn mərasimində iştirak etdikdən qısa müddət sonra saxlanılıb.

Əhmədinejadın ofisinin yaydığı bəyanatda isə bu iddialar “tamamilə yalan” adlandırılıb. Bəyanatda bildirilir ki, NYT hərbi gərginlik fonunda ictimai rəyi çaşdırmağa və keçmiş prezidentin nüfuzuna zərbə vurmağa çalışır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600