Rusiya Hərbi Hava Qüvvələrinin xüsusi uçuş dəstəsinə məxsus Tu-214PU təyyarəsi bu səhər Tehrana eniş edib.
Zefer.media xəbər verir ki, bununla bağlı “Iran International” kanalının siyasi analitiki Əlihüseyn Qazizadə “X” hesabında paylaşım edərək bildirib:
“Tu-214PU müşayiətçi eskadrilya ilə birlikdə Tehrana gəlib. Tu-214PU “Qiyamət təyyarəsi” kimi tanınan hava komandanlıq mərkəzlərinin versiyalarından biridir və iclas otaqları, yüksək təhlükəsizlikli rabitə sistemləri, eləcə də hərbi koordinasiya imkanları ilə təchiz olunub”.
Qazizadə təyyarənin İrana səfərinin məqsədi ilə bağlı rəsmi məlumat olmadığını qeyd edərək, bunun mütəxəssislər tərəfindən şərh edilməli məsələ olduğunu ifadə edib.
O, ilkin ehtimallardan birinin Moskvaya gedə bilməyən yüksək səviyyəli bir şəxslə təhlükəsiz görüşün təşkili ola biləcəyini irəli sürüb və həmin şəxsin Müctəba Xameneyi ola biləcəyini yazıb.
Zərintac Mayisqızı




