Fransa Silahlı Qüvvələri gələcək müharibələrə hazırlaşmalıdır.
Zefer.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu 13 iyulda Bastiliya Günü ərəfəsində Fransa ordusuna müraciəti zamanı bildirib.
Makron deyib: “Gələcək müharibələrə hazırlaşmalıyıq, amma özümüzü aldatmırıq”.
Onun sözlərinə görə, Parisin həmin müharibələri aparmaq qabiliyyəti birbaşa respublikanın “qalib gəlməli olduğu” mövcud münaqişələrin uğurundan asılı olacaq. Fransa lideri ölkənin silahlı qüvvələrinin sayını ikiqat artırmaq niyyətində olduğunu vurğuladı və Silahlı Qüvvələrdə islahatların və yenidənqurmanın vacibliyini vurğulayıb.
“Təhdidləri nəzərə alaraq, bütün müdafiə sənayemiz daha çevik olmaq, çətinliklərə cavab vermək, rəqabət qabiliyyətini qorumaq, innovasiya etmək və ehtiyac olduqda müəyyən növ silahları böyük miqdarda istehsal edə bilmək üçün səfərbər olmalıdır”, – deyə o əlavə edib.
Makron qeyd edib ki, bu gün Avropanın strateji qeyri-sabitliyi silah ehtiyatları ilə deyil, onların istehsal axını, silah istehsal etmək və çeşidini genişləndirmək qabiliyyəti ilə müəyyən edilir.
“Gazeta.Ru” yazır ki, Fransa liderinin sözlərinə görə, ölkə döyüş gücünü, o cümlədən birgə satınalmalar və Aİ müttəfiqləri ilə tərəfdaşlıqlar vasitəsilə gücləndirməlidir.




