Tehran region ölkələrinə hücum etməyib və etməyəcək. Onun sözlərinə görə, İranın müdafiə tədbirləri yalnız ABŞ-nin İrana qarşı əməliyyatlar üçün istifadə etdiyi hərbi obyektlərə qarşı həyata keçirilir.
Zefer.media xəbər verir ki, bu barədə Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.
“İranın cavab zərbələri yalnız ABŞ-nin İrana hücum məqsədilə istifadə etdiyi bazaları, hərbi obyektləri, mövqeləri, eləcə də onların logistika və dəstək infrastrukturunu hədəfə alır”, – deyə, Bəqayi vurğulayıb.
XİN sözçüsü qeyd edib ki, Tehran bölgədəki dövlətləri dəfələrlə ABŞ və İsraili öz ərazilərindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etməyə imkan verməməyə çağırıb.
“İran özünümüdafiə hüququndan istifadə etməkdən çəkinməyəcək və İrana qarşı hücumlar üçün istifadə olunan istənilən ərazi İranın müdafiə tədbirlərinin hədəfinə çevriləcək”, – sözçü açıqlayıb.
Zərintac Mayisqızı




