Vətən Müharibəsi Qəhrəmanı, mayor və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və və Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü Zaur Hüseynova yeni rütbə verilib.
Zefer.media xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Z.Hüseynova polkovnik-leytenant hərbi rütbəsi verilib.
Müdafiə nazirinin həmin addımı Zaur Hüseynovun Vətən Müharibəsindəki xidmətlərinin növbəti dəfə yüksək qiymətləndirilməsi kimi qəbul edilir. O, müharibədən sonra ordu sıralarından tərxis olunub. Ehtiyatda olan zabitin rütbəsinin artırılmasına isə nadir hallarda rast gəlinir.

















