Hadisə

Talaçaydan sel keçir

8 İyul 2026, 11:152
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Zaqatalada Talaçaydan sel keçir.

Zefer.media “Report” – a istinadən xəbər verir ki, yağan yağışlar nəticəsində Tala çayında suyun səviyyəsi xeyli artıb.

Sel nəticəsində Yuxarı Talanın Qırğıllı adlanan ərazisində 50 metrə yaxın sahil mühafizə bəndi dağılıb.

Kəndi Meşleş kəndi ilə birləşdirən əsas körpüyə gedən yola su düşdüyündən, gediş gəliş çətinləşib. Çayın içərisindən keçən Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xəttlərinə ciddi ziyan dəyib, boruların müəyyən qismini sel suları yuyub aparıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600