Dünya

Argentina prezidenti: “Biz SEPAH-ı terror təşkilatı kimi tanıdıq”

1 İyul 2026, 11:281
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən Argentina prezidenti Xavyer Miley ölkəsinin İsrail və İranla bağlı siyasətinə dair açıqlama verib.

Zefer.media-nın əldə etdiyi məlumata görə Miley bildirib ki, Argentina HƏMAS-ı, eləcə də SEPAH-ı və onun Qüds qanadını terror təşkilatları kimi tanıyıb.

Prezidentin sözlərinə görə, Buenos-Ayres, habelə, İranın müvəqqəti işlər vəkilini ölkədən çıxarıb və İsraillə Azadlıq və Demokratiya Memorandumu imzalayıb.

Miley əlavə edib ki, Argentina İsrail Müttəfiqləri Fonduna sədrlik edən ilk Cənubi Amerika ölkəsi olub və İbrahim Sazişlərinin dəstəklənməsində öncül rol oynayan dövlətlərdən birinə çevrilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600