Dünya

Vens: “İranın danışıqlarla bağlı mövqeyini başa düşmürəm”

1 İyul 2026, 11:251
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Tehran və Vaşinqton arasında aparılan təmaslarla bağlı İranın mövqeyini tənqid edib.

Zefer.media xəbər verir ki, Vens “The Michael Knowles Show” proqramında çıxışı zamanı əvvəlki danışıqların əsasında texniki görüşlərin keçirilməsinin planlaşdırıldığını bildirib.

“İranlılar sülh danışıqlarının olmadığını deyirlər, eyni zamanda sülh sazişi ilə bağlı texniki danışıqlar aparırlar. Bu, danışıq hiyləsi və başa düşmədiyim İran danışıq tərzidir”, – deyə ABŞ vitse-prezidenti qeyd edib.

Vens çıxışında Donald Trampın İran siyasətinə də toxunaraq deyib ki, ABŞ prezidenti hərbi əməliyyatlardan yalnız konkret məqsədə xidmət etdiyi hallarda istifadə edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600