İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran Hörmüz boğazının idarə olunması ilə bağlı Omanla razılığa gəlməyə çalışır. Onun sözlərinə görə, əgər Oman bu əməkdaşlıqda iştirak etmək istəməsə, İran prosesi təkbaşına davam etdirəcək.
Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qəribabadi bu açıqlamanı Omanın xarici işlər naziri Bədr əl-Busəidin Hörmüz boğazından keçən gəmilərdən tranzit haqqı alınmasının beynəlxalq hüquqa zidd olduğunu bildirməsindən sonra verib.
Omanlı nazir qeyd edib ki, ölkəsi tranzit haqqının tətbiqini dəstəkləmir.
Buna cavab olaraq Qəribabadi vurğulayıb ki, İran Hörmüz boğazının idarə olunması məsələsində Omanla anlaşmaya üstünlük verir. O əlavə edib ki, Tehran və Maskat boğazda göstərilən xidmətlərə görə ödəniş alınması məsələsində eyni mövqeni bölüşür.
Zərintac Mayisqızı

















