• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.3° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi baş tutub

25 İyun, 26 / 16:09
A A

İyunun 25-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Fakultəsinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Zefer.media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə Müdafiə nazirliyinin rəhbərliyi, hərbi təhsil müəssisələrinin şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə Kompleksi ziyarət olunub, qarşısına güllər düzülərək xatirələri dərin hörmətlə yad edilib.

Tədbirin başlanması ilə əlaqədar Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümidvar Quliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə etdikdən sonra institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış müdafiə naziri tədbir iştirakçılarını Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108 illiyi münasibətilə təbrik edib, məzunlara Vətənimizin parlaq gələcəyi, ordumuzun qüdrətlənməsi naminə göstərəcəkləri şərəfli xidmətlərində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlardan danışan nazir bu islahatların ordumuzun peşəkar kadr potensialının artırılması istiqamətində mühüm rolu olduğunu vurğulayıb.

Hərbi qulluqçularımızın Vətən müharibəsi və digər uğurlu əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıqlar, eləcə də hərbi institutun məzunlarının şücaəti xüsusi qeyd edilib. Buraxılış mərasiminin planına uyğun olaraq müdafiə naziri hərbi təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib.

Gənc zabitlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə söz veriblər.

Rəmzi yaş kötüklərinə xatirə lövhələri vurulduqdan sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib.

Hərbi orkestrin və kursantların ifasında hərbi institutun marşı səsləndirilib, şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Bənzər Xəbərlər

Hərbi

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

İyun 25, 2026
Telekommunikasiya və nəqliyyat

AZAL-ın aldığı yeni təyyarənin təqdimat mərasimi keçirilib

İyun 24, 2026
Hərbi

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü keçirilib

İyun 24, 2026
Cəmiyyət

26 İyun-Silahlı Qüvvələr Günü: Azərbaycanın gücü və qürur mənbəyi 

İyun 24, 2026
Cəmiyyət

Sabah ölkəmizdə yağış yağacaq

İyun 24, 2026
Cəmiyyət

Xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb

İyun 24, 2026

XƏBƏR LENTİ

Sumıda yanacaqdoldurma məntəqəsi vurulub

25 İyun, 26 / 18:08

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

25 İyun, 26 / 18:01

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

25 İyun, 26 / 17:55

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

25 İyun, 26 / 17:40

Prezident bu hərbçiləri təltif etdi

25 İyun, 26 / 17:39

Qalibaf: “ABŞ-nin yetişdirdiyi yeganə məhsul inamsızlıqdır”

25 İyun, 26 / 17:31

Rubio İranın dəniz rüsumları ideyasını tənqid edib

25 İyun, 26 / 17:23

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib - VİDEO

25 İyun, 26 / 17:18

İran və Oman xarici işlər nazirləri Hörmüz boğazını müzakirə ediblər 

25 İyun, 26 / 17:18

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib

25 İyun, 26 / 17:07

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.