Bu gün İsrail ordusu Livanın cənubundakı Tir şəhərinə hava hücumları həyata keçirib.
Zefer.media xəbər verir ki, həmin hadisə İran və İsrail arasında gərginliyin nisbətən azalması və atəşkəslə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
İranın atəşkəslə bağlı irəli sürdüyü əsas şərtlərdən biri Livanda hərbi əməliyyatların dayandırılması olub. Buna baxmayaraq, İsrailin Livan ərazisinə zərbələri səngimir.
Zərintac Mayisqızı
















