Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan tərəfindən təqdim edilən ölkənin Milli Məclisi seçkilərinin ilkin nəticələri açıqlanıb.
Zefer.media xəbər verir ki, Hakim Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,82%-ni toplayıb, Samvel Karapetyanın Güclü Ermənistan bloku 23,28%, Robert Köçəryanın Ermənistan bloku isə 9,93% səs toplayıb.
Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyası səslərin 3,99%-ni toplayaraq parlamentə daxil ola bilməyib. Lakin səslərin yenidən hesablanmasından sonra həmin vəziyyət dəyişə bilər.
Seçicilərin ümumi sayı 2.507.216 nəfər olub, onlardan 1.477.736 nəfəri və ya 58,94%-i səs verib. Etibarsız bülletenlərin sayı 17.097 nəfər, son iştirak 58,97% olub.
Zərintac Mayisqızı

















