İranın Məlard şəhərindən İsrail istiqamətində raketlərin atıldığı açıqlanıb.
Zefer.media xəbər verir ki, İran bu gün səhər saatlarından etibarən İsrailə qarşı cavab zərbələri həyata keçirməyə başlayıb.
Yayılan məlumatlarda raketlərdən birinin Nablus yaxınlığındakı İtamar ərazisinə dəydiyi və hədəfi vurduğu iddia olunur.
İranın Məlard şəhərindən İsrail istiqamətində raketlərin atıldığı açıqlanıb.
Bildirilib ki, İran bu gün səhər saatlarından etibarən İsrailə qarşı cavab zərbələri həyata keçirməyə başlayıb.
Nablus yaxınlığında yerləşən İtamar yaşayış məntəqəsinin bombalanma anlarına dair görüntülər də yayılıb.
İranın həyata keçirdiyi hücumlar nəticəsində bölgədə yerləşən yaşayış məntəqələrinə ciddi ziyan dəyib.
Hadisənin detalları və dəymiş ziyanın miqyası ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

Zərintac Mayisqızı

















