Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin hava məkanında raket və pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi bildirilən hücumların qarşısının alındığını açıqlayıb.
Zefer.media xəbər verir ki, hadisədən bir neçə saat sonra Küveyt Müdafiə Nazirliyinin rəsmi sözçüsü, briqada generalı Səud Əbdüləziz Əl-Ətvan əhaliyə müraciət edərək təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.
O bildirib ki, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində məhv edilən raket və pilotsuz aparatların qalıqları ölkənin müxtəlif ərazilərinə düşmüş ola bilər.
Həmin səbəbdən vətəndaşlardan və ölkə sakinlərindən naməlum və ya şübhəli əşyalara yaxınlaşmamaq, onlara toxunmamaq və belə hallarla rastlaşdıqları təqdirdə dərhal aidiyyəti qurumlara məlumat vermələri istənilib.

Zərintac Mayisqızı

















