• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.7° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Nazirlər Kabineti bu qaydalarda dəyişiklik edib

26 May, 26 / 13:32
A A

Nazirlər Kabineti “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydasını” təsdiq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda isə dəyişiklik edib.

Zefer.media xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

“Yeni sənədlə istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası təsdiq olunub. Qaydalar ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilkin olaraq müəyyən edilən zaman xəstəlik və ya zədə, habelə zədə ilə əlaqədar çatışmazlığın səbəb əlaqəsini təsdiq edən sənədlərin siyahısı da konkretləşdirilib” – o bildirib.

Deputat qeyd edib ki, eyni zamanda, “peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi (faizlə)” ilə orqanizmin funksiyalarının pozulması faizinin peşələr üzrə təzahür dərəcəsi və sığorta olunanın yaşına uyğun olaraq peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi müəyyən edilib və bunun üçün xüsusi düstur da təsdiq olunub.

Vüqar Bayramovun sözlərinə görə, əlilliyin müəyyənləşdirilməsi ilə bağlı müddət də konkretləşdirilib:

“Belə ki, komissiya peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirilmənin aparıldığı gün, əlavə araşdırma tələb olunduğu hallarda, həmin gündən sonra 5 iş günü müddətində qərar qəbul edərək protokolla rəsmiləşdirməlidir. Kağız daşıyıcıda qəbul edilmiş qərar 3 iş günü ərzində MEİS-in “Əlillik” altsisteminə daxil edilmədən sığortalıya təqdim edilməlidir. Habelə, qərarın altsisteminə daxil edilməsi də nəzərdə tutulur. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə aparılan zaman orqanizmin funksiyalarının 30 faizə qədər və bu göstəricidən daha çox pozulması halları fərqli meyarlar ilə aparılır”.

İqtisadçı diqqətə çatdırıb ki, bütövlükdə, yeni sənəd istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir.

“Əlillik təyinatının elektronlaşdırılmasının dərinləşdirilməsi və xüsusən də süni intelektdən daha yaxından istifadə olunması da prioritet olaraq qalmaqdadır” – o əlavə edib.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub

May 26, 2026
Cəmiyyət

“YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi reallaşdırılır

May 26, 2026
Cəmiyyət

Narsist şəxsiyyətlərlə münasibətdə ən böyük problemlər nələrdir ? - Araşdırma

May 26, 2026
Cəmiyyət

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

May 25, 2026
Manşet

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

May 25, 2026
Manşet

Azərbaycanın Serbiyada qaz turbin elektrik stansiyasının tikintisi ilə bağlı saziş təsdiq edilib

May 25, 2026

XƏBƏR LENTİ

“Qərb inkişaf etməkdə olan ölkələrdən resursları ağır şərtlər altında alacaq”

26 May, 26 / 15:38

“ASAN xidmət” və Afrika tərəfdaşlığı beynəlxalq konfransda təqdim olunub

26 May, 26 / 15:35

Ərdoğan 27 May çevrilişində həlak olanların ailələrini qəbul edib

26 May, 26 / 15:34

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub

26 May, 26 / 15:31

SEPAH ABŞ dronunu vurduğunu iddia edir

26 May, 26 / 15:13

Putin: KTMT kollektiv qüvvələrinin tərkib hissələrini idarə etmək sistemini təkmilləşdirməlidir

26 May, 26 / 13:46

Nazirlər Kabineti bu qaydalarda dəyişiklik edib

26 May, 26 / 13:32

Britaniya Rusiyaya yeni məhdudiyyətlər hazırlayır

26 May, 26 / 13:25

Aİ Putinlə danışıq aparan şəxsin təyin edilməsi ilə bağlı fikir ayrılığına düşüb – “Politico”

26 May, 26 / 13:18

Xameneyi: “Bölgə artıq ABŞ bazaları üçün sipər olmayacaq”

26 May, 26 / 13:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.