Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Zefer.media xəbər verir ki, növbəti köç karvanı Cəbrayıl rayonun Şükürbəyli kəndinə çatıb.
Bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə – 165 nəfər köçürülüb.
Qeyd edək ki, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

















