ABŞ prezidenti Donald Tramp region ölkələrinin xəbərdarlıqlarından sonra İrana planlaşdırılan hücumu ləğv edib.
Zefer.media xəbər verir ki,bu barədə “Middle East Eye” nəşri adı açıqlanmayan mənbələrə istinadən yazıb.
Məlumata görə, bəzi Yaxın Şərq ölkələri Vaşinqtona Həcc dövründə mümkün hərbi əməliyyatların yüz minlərlə zəvvarın səfərinə və bölgədə sabitliyə təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.
Nəşr bildirir ki, Həcc mərasimi bazar günü başlayır və gələn həftənin sonuna qədər davam edəcək. Eyni zamanda, mənbələr Həcc dövründən sonra yaxın həftələrdə hərbi əməliyyatların yenidən gündəmə gələ biləcəyini açıqlayıb.
“Middle East Eye” qeyd edib ki, ABŞ daha əvvəl də İran rəsmilərində “təhlükəsizlik hissi” yaratmaq məqsədilə aldatma əməliyyatlarından istifadə edib.
Zərintac Mayisqızı

















