Bu gün İran Hörmüz boğazının idarə olunması üzrə yeni qurumun rəsmi olaraq fəaliyyətə başladığını açıqlayıb.
Zefer.media xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası və SEPAH-ın Hərbi Dəniz Qüvvələri sosial mediada məlumat yayıb.
Fars Körfəzi Boğazı İşləri İdarəsi (PGSA) rəsmi “X” hesabını aktivləşdirib və burada Hörmüz boğazında baş verən proseslərlə bağlı real vaxt rejimində yeniləmələr paylaşacağını bildirib.
Zərintac Mayisqızı

















