• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.9° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Şanlı zəfərə gedən yol - REPORTAJ

02 Aprel, 26 / 9:00
A A

Şanlı zəfərə gedən yol, böyük qəhrəmanlıq salnaməsinin başlanğıcı, düşməni lərzəyə salan tarix, xalqın ümidini, inamını artıran zəfərə gedən yol…

Bəli söhbət yaddaşımıza həkk olunan aprel döyüşlərindən gedir. Düz 10 il bundan qabaq 2016-ci il aprelin 1-dən 2-ə keçən gecədən etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən 4 günlük şiddətli müharibə şücaətli Azərbaycan ordusunun qələbəsi ilə nəticələnib. Düşmən təxribatının qarşısının alınması üçün keçirilən əks-həmlə ilə Lələtəpə və Talış kəndi ətrafındakı strateji yüksəkliklər, habelə Seysulan kəndi işğaldan azad edilib. Bu möhtəşəm qələbənin qazanılmasında neçə-neçə oğullar şəhidlik zirvəsinə yüksəlib, bir çoxları isə sağlamlıqlarını itirib.

Düşmən ordusu və bütün dünya Azərbaycan əsgərinin gücünü, ordumuzun nələrə qadir olduğunu bir daha gördü! Ataların təbirincə söyləsək: “Vətən igid övladları ilə tanınar!”

Paytaxt Bakı sakinləri də elə o unudulmaz günlərlə əlaqədar fikirlərini Zefer.media ilə bölüşüblər:

Sakin: “Aprel döyüşləri oğullarımızın həqiqətən igid olduğunu bir daha sübut etdi. Ümumiyyətlə, Azərbaycan xalqı çox mərd, cəsurdur. 44 günlük İkinci Qarabağ savaşında da bunların şahidi olduq. Nə qədər şəhidlər verdik, ruhları şad olsun, habelə xeyli sayda qazilərimiz var ki, Allah onları qorusun. Hər oğulun işi deyil güllə qarşısına çıxsın, lakin Azərbaycan oğulları sözün əsl mənasında qəhrəmandır”

Sakin: “2015-ci ilin aprelində əsgərlikdən gəlmişəm, şəxsən tanıdığım insanlar şəhadətə ucaldı. Özüm isə İkinci Qarabağ müharibəsinin veteranıyam”.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov saytımıza müsahibəsində deyib ki, aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) rolu böyük oldu:

“XTQ ənənəvi cəbhə döyüşü aparmadı. Daha çox hibrid və çevik döyüş əməliyyatlarına əsaslandılar. İstər düşmənin ön xətt mövqelərində, istərsə də dərinliklərdə xüsusi döyüş əməliyyatları icra etdilər ki, bu ermənilərin ön xətt strukturunu məhv etdi, onların idarəetmə sistemini pozdu. Talış kəndi istiqamətində yüksəkliklərin, bəzi düşmən postlarının ələ keçirilməsi təkcə torpaqlarımıza aid bir parçanın geri qaytarılması deyil, taktiki üstünlüyün də ələ keçirilməsi idi. Çünki bütün ərazilər həmin yüksəkliklərdən vizual olaraq müşahidə edilirdi, beləliklə döyüş tapşırıqları nəzarət altında idi”.

Aprel döyüşləri həm 44 günlük dastan, şanlı Vətən savaşı, həm də antiterror tədbirləri üçün estafet rolunu oynadı. Qazanılan qalibiyyətlər digər qələbələri, nailiyyətləri də səslədi. Ali Baş Komandan, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qüdrətli siyasəti, Hərbçilərimizin yenilməz gücü və xalqın sevgi və birliyi sayəsində işğalçı Ermənistan ordusu tam məğlubiyyətə uğradı, şəhidlərin qisası layiqincə alındı. Həmçinin separatçı, revanşist qüvvələrin bir qismi Bakıda ədalətli məhkəmə ilə mühakimə edilərək həbs olundular.

Hazırda bir vaxtlar xəyalını qurduğumuz günləri artıq real şəkildə yaşayırıq. İşğaldan azad olunmuş Qarabağ və ətrafındakı ərazilər artıq çiçəkli dönəmə qədəm qoyub, müqəddəs torpaqlarımızda davamlı bərpa-quruculuq işləri həyata keçirilir, sakinlər illərdir həsrətində olduğu ata-baba yurdlarına sevinc və qürur hissi ilə geri qayıdır. Gözəl günləri bizə yaşadan öncə Allah, sonra Prezidentimizin dəmir yumruq siyasəti, Azərbaycan əsgərinin mərdliyi, şücaəti idi. Artıq dünya ölkələri Azərbaycanın hərbi, ordu quruculuğu təcrübəsini nümunə olaraq tətbiq etməyə başlayıb. Ulu Öndər Heydər Əliyevin arzusunu, vəsiyyətini şərəflə yerinə yetirən prezidentimiz dünyaya istər müharibədə, istərsə də sülh yolu ilə necə müvəffəqiyyət qazanılacağı dərsini verdi.

İndi bütün şəhidlərimiz cənnətdən bizə baxıb gülümsəyir, çünki məhz bu amal uğrunda, Vətəni belə bütöv görmək üçün canlarını sipər etdilər, qurban verdilər. Onlar cismən bizimlə deyillər, lakin həmişə yaşayırlar və yaşayacaqlar!

Elə bu yerdə necə deyirdi şair Tofiq Bayram:

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Manşet

Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI

Oktyabr 27, 2026
Siyasət

Ramiz Mehdiyev “Tovuz Baltiya”nı “Yelo Bank” burulğanına belə salıb – məkrli ssenari necə işləyib?

Oktyabr 24, 2026
Manşet

Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR

Oktyabr 16, 2026
Gündəm

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Oktyabr 16, 2026
Hərbi

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Oktyabr 15, 2026
Banner

Azərbaycan beynəlxalq sağlamlıq turizmi sammitində təmsil olunur – FOTOLAR

Oktyabr 15, 2026

XƏBƏR LENTİ

Rusiyada metallurgiya kombinatı və kimya zavodunda yanğın baş verib

28 Oktyabr, 26 / 13:24

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

28 Oktyabr, 26 / 13:18

Mask Starlink məhdudiyyətlərinin səbəbini açıqladı

28 Oktyabr, 26 / 13:12

Sabah hava necə olacaq ?

28 Oktyabr, 26 / 13:07

ABŞ və Rusiya neft sektorunda əməkdaşlığı müzakirə edir

28 Oktyabr, 26 / 13:02

Netanyahu baş nazir postunu itirə bilər

28 Oktyabr, 26 / 12:41

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb

28 Oktyabr, 26 / 12:41

İsraildə seçkilər başa çatdı: Heç bir blok çoxluq qazanmayıb

28 Oktyabr, 26 / 12:37

Netanyahu partiyası seçkilərdə öndədir

28 Oktyabr, 26 / 12:29

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir

28 Oktyabr, 26 / 12:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.