İsrail ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar artilleriya dəstəyi ilə davam edir.
Zefer.media xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində “sarı zona” adlandırılan ərazi daha da genişləndirilir.
Bölgədə intensiv atəş səslərinin eşidildiyi və yeni hərbi mövqelərin yaradıldığı bildirilir.
Hücumların davam etməsi bölgədə gərginliyi daha da artırıb. Hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.
Zərintac Mayisqızı

















