Cənubi Koreya prezident administrasiyası Hörmüz boğazında HMM NAMU adlı yük gəmisinə hücumu təsdiqləyib və insidentə cavab verilə biləcəyi barədə xəbərdarlıq edib.
Zefer.media xəbər verir ki, Seulun açıqlamasında bildirilib:
“Gəmiyə iki naməlum təyyarə zərbə endirib. Nəticədə yanğın baş verib və gəminin gövdəsinə ziyan dəyib. Bildirilir ki, gəmidə 24 heyət üzvü olub”.
Cənubi Koreya tərəfi hadisədə İranın iştirakını hələlik təsdiqləməyib və araşdırmanın davam etdiyini vurğulayıb. Tehran isə bütün ittihamları rədd edib.
Zərintac Mayisqızı

















